"Türkiyə istəsə Afinanı bombalaya bilər" –

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,Yunanıstan mediası Türkiyənin arsenalında olan “Bora” raketləri barədə xəbərlər yayıb.

Metbuat.az xəbər verir ki, Yunanıstan televiziyalarında mümkün müharibə zamanı Türkiyənin yerli istehsalı olan “Bora” raketlərinin Afinaya çatacaq mənzildə olduğu barədə məlumatlar verilib. Yunanıstan mediası Prezident Rəcəb Tayyib Ərdoğanın bəyanatlarını xatırladaraq, bu açıqlamaların Afina üçün xəbərdarlıq olduğu diqqətə çatdırılıb:

“Yunanıstanı adaları silahlandırmaq çəkinməyə çağırıram. Zarafat etmirəm. Ciddi danışıram”.

Yunan mediası yazır ki, türk PUA-larından əlavə yerli raketlər də Afinada narahatlıq yaradır. “Adalar “Bora” raketləri ilə vurula bilər. “Bora”nın mənzili Afinaya qədər çata bilər” – deyə yunan ekspertlər analizlərində bildirib.

 

Başa dön tuşu