Türkiyə-Azərbaycan İşgüzar Şurası ilə ortaq layihələrin icrası təklif edilir

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycanla Türkiyәnin Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) Türkiyə-Azərbaycan İşgüzar Şurası ilə birgə layihələrin icrası müzakirə edilib.

Bu barədə Metbuat.az-a Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib.

Məlumata görə, Türkiyәnin Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) Türkiyə-Azərbaycan İşgüzar Şurasının nümayəndə heyəti İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da görüş keçiriblər.

Görüş zamanı ölkələrimizin biznes dairələri arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, AZPROMO-nun bu istiqamətində gördüyü işlər, birgə layihələrin və tədbirlərin həyata keçirilməsi imkanları kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu