Müstəqilaz
CANİK-nin yerli və milli zenit pulemyotu M2 QCB Ankarada keçiriləcək SEDEC sərgisində nümayiş olunacaq.
Müstəqilaz bu barədə CNN-ə istinadən xəbər verir.
Dünyanın 69 ölkəsinə ixracat edən qlobal marka CANİK Ankarada keçiriləcək SEDEC Sərgisində ziyarətçilərlə təqdim olunacaq. 28-30 iyun tarixlərində keçiriləcək sərgidə CANiK yerli və milli zenit pulemyotu M2 QCB, eləcə də M2F, tapança və aksesuar məhsullarını nümayiş etdirəcək.

40-a yaxın ölkədən iştirakçıların qatılacağı sərgidə CANİK ixrac üçün yeni əməkdaşlıqlara imza atmağı hədəfləyir.
CANİK, dünyanın ən davamlı və ən yüksək performanslı M2 QCB ilə zenit silahları istehsal edən 5 şirkətdən biridir.