TRACECA-nın Azərbaycan hissəsində yükdaşımaların həcmi 11 % artıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bu ilin yanvar-aprel aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 15 milyon 124,6 min ton, yük dövriyyəsi isə 3 milyard 671,9 milyon ton/km olub.

Metbuat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən il eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,02 % və 13,85 % çoxdur.

Hesabat dövründə yüklərin 8 milyon 362,3 min tonu və ya 55,3 %-i avtomobil nəqliyyatı, 4 milyon 949,7 min tonu və ya 32,7 %-i dəmir yolu nəqliyyatı, 1 milyon 812,6 min tonu və ya 12 %-i dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 25,5 %-i və ya 3 milyon 863,1 min tonunu tranzit yüklər təşkil edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu