Hurriyyet.az “Star” nəşrinə istinadla xəbər verir ki, Ukraynanın Rusiya tərəfindən işğal edilən Zaporojye regionunda qurduğu qondarma rəhbərlik bu il ərzində Rusiyanın tərkibinə daxil olmaq üçün referendum keçirməyi planlaşdırıb.

Rusiyanın təyin elədiyi qondarma rəhbər Vladimir Roqov bu barədə açıqlamasında bildirib: “Zoporejyenin gələcəyi ilə bağlı qərarı xalq verəcək. Referendum bu il ərzində reallaşdırılacaq”.

Vilayətin əhalisi müharibədən əvvəl 1,6 milyon nəfər olub. Hazırda bölgənin ərazisinin 60 faizi Rusiyanın nəzarəti altına keçsə də, ən böyük şəhəri Ukraynanın öz nəzarətində qalır.

Rusiya müharibənin ilk günlərində ələ keçirdiyi, Ukraynanın cənubunda yerləşən Xerson bölgəsində də qondarma referendum keçirərək işğalı sənədləşdirməyi planlaşdırır.

Rusiya Prezidenti Vladimir Putin fevral ayında Ukraynada yalnız “xüsusi hərbi əməliyyat” keçirildiyini və  torpaq almağı planlaşdırmadığını bəyan eləmişdi. Xerson, yaxuda da Zaporojyenin Rusiya tərkibinə daxil edilməsi üçün referendum keçirilməsi Putinin bu vədinə zidd olacaqdır.

//lephaush.net/4/5013541