Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Ukrayna ordusu bir neçə istiqamətdə əks-hücuma keçib”.

Musteqil.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun baş komandanı Valeri Zalujnı amerikalı həmkarı Mark Milli ilə telefon danışığı zamanı bildirib. Komandanın sözlərinə görə, hazırda Luqansk vilayətinin şimalında, Severodonetskdə irimiqyaslı döyüşlər gedir. Rusların texniki imkanlarının çox olmasına baxmayaraq, onların bu istiqamətdə bir neçə hücumu dəf edilib. Valeri Zalujnı bildirib ki, döyüşlərdə hər iki tərəf itkilər verir.

“Düşmən 10 qat atəş üstünlüyünə malikdir. Amma biz mövqelərimizdən çəkilməmişik.Ukrayna torpağının hər metri qanla sulanır, təkcə bizim deyil, işğalçının da qanı ilə” – komandan bildirib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//lephaush.net/4/5013541