Müstəqilaz

“Rusiya-Ukrayna böhranı fonunda Azərbaycan saytlarının, teleqram kanallarının işi anti-Rusiya təbliğatından daha geniş fəaliyyəti əhatə edir.”

Müstəqilaz Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə «Şərəfim var» NS fraksiyasının üzvü Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.

“Xüsusilə bu meydançaların müxtəlif dövlət qurumlarına və ya hakim elitanın nümayəndələrinə birbaşa tabe olmasını nəzərə alsaq, hər şey gün kimi aydındır.

Rusiya hərbçilərinə qarşı nifrət, , sinizm, öldürülmüş, yaralanmış, əsir götürülmüş hərbçilərin ünvanına təhqiramiz ifadələr göstərir ki, Azərbaycan daxilində böyük kütlə ruslara qarşı düşmənçilik hissi ilə yaşayır.

Aydındır ki, Rusiya tərəfi bütün bunları qeyd edir, lakin Rusiyanın əks tədbirlərinin nə vaxt tətbiq ediləcəyi hələ məlum deyil.

Bu və digər hadisələrin Rusiya-Ukrayna böhranından sonra Rusiya-Azərbaycan münasibətlərinə necə təsir edəcəyini hələ də başa düşmək, təhlil etmək lazımdır.

Ermənistan üçün bu yalnız Rusiya ilə müttəfiqlik münasibətləri nəzərə alınmaqla deyil, həm də Rusiyanın Ermənistan-Azərbaycan-Qarabağ (Əhalisi və ərazisi olmayan qondarma rejim) proseslərində əsas rolunu nəzərə almaqla mümkündür.

Hər halda Rusiya-Azərbaycan münasibətlərinin hər hansı inkişafının bölgəmizə öz təsiri olacaq “, – deyə deputat yazıb.

Xatırladaq ki, Azərbaycanda minlərlə etnik mənsubiyyəti rus olan şəxs yaşayır.Onların əksəriyyəti Azərbaycan vətəndaşıdır.Onlara qarşı indiyədək heç bir etnik, iqi, dini və ya rasist davranış sərgilənməyib və onların hər biri, sadə Azərbaycan vətəndaşları ilə bərbarər hüquqa malikdir.

Bundan əlavə Azərbaycanda onlarla Rusiya şirkəti rəsmi və özəl təşkilatlar, qurumlar fəaliyyət göstərir. Azərbaycanlar Rusiya arasında mədəniyyətdən, hərb sahəsinə qədər müxtəlif sahələri əhatə edən əməkdaşlıq mövcuddur.

Bununla da erməni siyasi dairələri Qafqazda mövcudluğunu borclu olduğu Rusiyanı Azərbaycana qarşı sərt mövqe tutmağa təhrik etməklə sülh prosesinə öz mənfur niyyətləri ilə zərbə vurmağa çalışır.

//thaudray.com/4/5013541