Tələbləri pozan 211 dövlət qulluqçusu işdən çıxarılıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunun müddəalarının tələblərini pozan 700 dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilib.

Metbuat.az xəbər verir ki, bu barədə dövlət qulluqçularının etik davranış qaydaları haqqında 2021-ci il üzrə hesabatında qeyd olunub.

Hesabatda bildirilib ki, həmin intizam tənbeh tədbirlərindən 513-ü mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumlarında, 187-si isə yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçuları barədə tətbiq edilib.

Həmçinin, mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə digər dövlət qurumlarında tətbiq edilən 700 intizam tənbeh tədbirindən 266-sı töhmət, 211-i dövlət qulluğundan azad edilmə, 11-i həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilmə, 4-ü vəzifə maaşının azaldılması, 2-si daha aşağı təsnifatdan olan vəzifəyə keçirilmə olub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu