Tələbələri kütləvi şəkildə imtahandan kəsən kafedra müdiri BDU-dan qovuldu

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Tələbələrdən pul almaq üçün onları imtahandan kütləvi şəkildə kəsməsi ilə ittiham olunan kafedra müəllimi işdən azad olunub.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetindən (BDU) bildirilib.

Belə ki, BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi, kafedra müdiri Sədaqət Əhmədovanın əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbələri bildiriblər ki, kafedra müəllimi Sədaqət Əhmədova pul almaq üçün onları kütləvi şəkildə imtahandan kəsib.

Tələbələr müəllimin səs yazısını göndərib və iddia ediblər ki, imtahandan kəsilən zaman üç-beş min manat arası pul ödəsələr, məsələ həllini tapar.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu