Müstəqilaz

Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu Rusiya və Belarus dövlətinin müdafiə qabiliyyətinin, o cümlədən vahid regional hava hücumundan müdafiə sistemi hissəsinin möhkəmləndirilməsinin vacibliyini bildirib.

Müstəqilaz TASS-a istinadən xəbər verir ki, cümə axşamı Moskvada Rusiya və Belarus müdafiə nazirləri – Sergey Şoyqu və Viktor Xrenin görüşü keçirilib.

“Müzakirə zamanı iki dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, regional qoşun qruplaşmasının (qüvvələrinin) və vahid regional hava hücumundan müdafiə sisteminin döyüş hazırlığının artırılması istiqamətində təcili birgə tədbirlərin görülməsinin zəruriliyi qeyd olunub”

Rusiya Müdafiə Nazirliyinin rəhbəri əlavə edib ki, bu məsələ daha da aktuallaşır, Rusiya tərəfi isə bu işdə «belarus dostlarına hər hansı dəstək» göstərməyə hazırdır.

Şoyqu Belarus Respublikasını Rusiyanın ən mühüm strateji tərəfdaşı, ən yaxın dostu və müttəfiqi adlandırıb. 

Bununla da dolayısı yolla Şoyqu Rusiya ordusunun Ukraynada uğursuzluğa düçar olduğunu və Belarus kimi müttəfiqlərə ehtiyacı olduğunu bilə gətirib.

//lephaush.net/4/5013541