SON DƏQİQƏ! Ruslara ağır zərbə: 150 hərbçi məhv edildi

“Ukrayna xalqının rus hərbi işğalı ilə qəhrəmancasına qarşıdurmasının yüz doqquzuncu günü başlayıb. Volın və Polissiya istiqamətlərində düşmən fəal hərəkətə keçməyib. Belarus Respublikasının sərhədyanı ərazilərində nəzarət-buraxılış məntəqələrinin mühəndis avadanlığı və əlavə elektron müharibə vasitələrinin yerləşdirilməsi üçün əlavə tədbirlər görülür”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının səhər saatlarına olan məlumatında bildirilir.

Qeyd edilir ki, şimal istiqamətində düşmən Bryansk və Kursk vilayətlərində Ukrayna-Rusiya sərhədinin gücləndirilmiş mühafizəsini təmin etməkdə davam edir. Belqorod və Kursk vilayətlərində terror təhlükəsinin artması davam edib: “Düşmən Müdafiə Qüvvələrinin sərhədyanı rayonlardakı mövqelərini minaatanlardan atəşə tutmaqda davam edir. Bundan əlavə, təcavüzkar Rojkoviçi, Qremyaç, Luhivka və Popivka ərazilərində mülki infrastruktur obyektlərini atəşə tutub.

Xarkov istiqamətində vəziyyət ciddi dəyişməyib. Müdafiə qüvvələrinin hərəkətlərinin qarşısını almaq üçün bölmələrimizin mövqelərini sistemli atəşə tutur. Bundan əlavə, düşmən Vernopol, Ukrainka, Petrivka, Çepil və Xrestişçe yaxınlığındakı mülki infrastruktur obyektlərini atəşə tutub, Mospanovo kəndi yaxınlığında hava zərbəsi endirib”.

Slavyan istiqamətində rusların Petrivske, Nova Husarivka, Kurulka, Dolina yaşayış məntəqələri ərazilərində sistemli artilleriya atəşi həyata keçirdiyi bildirilir: “Boqorodiçne kəndində möhkəmlənməyə çalışırlar, döyüşlər davam edir.

Düşmən Liman istiqamətində aktiv hərəkətə keçməyib. Şipylivka və Dronivka ərazilərində çoxlu reaktiv yaylım atəşi sistemləri də daxil olmaqla artilleriyadan istifadənin intensivliyi artırıldı. Qoşunların yenidən qruplaşdırılmasını həyata keçirirlər.

Severodonetsk istiqamətində işğalçılar Severodonetsk şəhərində hücumlar həyata keçirirlər, heç bir nəticə yoxdur. Toşkivka ərazisində döyüşlər davam edir.

Baxmut istiqamətində düşmən Komışuvax, Qorskoye, Nikolayevka, Beloqorivka, Novoluqanske yaşayış məntəqələri ərazilərində minaatan, lüləli və reaktiv artilleriyadan mövqelərimizi atəşə tutub. Düşmən ordusunun təyyarələri Pokrovski yaxınlığını vurub.

Ukrayna əsgərləri Vrubivka kəndi yaxınlığında hücumu dəf edib. Düşmən Nikolaevka qəsəbəsi istiqamətində də irəliləməyə cəhd edib, qəti cavab alıb. Müdafiəçilərimiz Vasilivka ərazisində düşmənin həmləsini də uğurla dəf ediblər. Rus işğalçıları itki verərək əvvəlki mövqelərinə geri çəkiliblər.

Düşmən Avdiivka, Kuraxiv, Novopavliv və Zaporijjya ərazilərində aktiv döyüş əməliyyatları aparmayıb. Jelanne, Avdiivka, Karlivka, Vuhledar və Orixiv ərazilərində mülki infrastrukturu məkrli şəkildə atəşə tutub. Bəzi ərazilərdə əlavə bölmələr yerləşdirir.

Cənub Bux istiqamətində düşmən müdafiəyə qalxaraq, qoşunlarımızın hissələrini artilleriya, minaatan və çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən atəşə tutub.

Rus işğalçıları Tverdomedovo, Bereznequvate, Kobzartsi, Kvitneve və Luç yaşayış məntəqələrinə zərbələr endirib”.

Son 24 saat ərzində rusların on tank, on altı zirehli döyüş maşını, yeddi PUA, ondan çox texnika və yüz əlliyə qədər canlı qüvvə itirdiyi qeyd edilir.

Başa dön tuşu