Müstəqil.az

Rusiya Müdafiə Nazirliyi Ukraynada xüsusi əməliyyat zamanı «Favorit» S-300PM2 zenit raket sisteminin işinin videosunu yayımlayıb.

ZRK növbə zamanı Ukraynanın iki Bayraktar TB2 pilotsuz təyyarəsini aşkar edib.

Müstəqilaz bu barədə Ria Novosti-ə istinadən xəbər verir.

«Dəqiq hesablama nəticəsində zərbə dronları nəzarətə götürülüb və məhv edilib», – deyə idarədən bildirilib.

Xatırladaq ki, «Favorit» zenit-raket sistemi təyyarələri, qanadlı və ballistik raketləri, həmçinin havadan hücum zamanı digər vasitələrini vurmaq üçün nəzərdə tutulub.

//eephaush.com/4/5013541