Müstəqilaz

Papa Fransisk hesab edir ki, dünyada üçüncü dünya müharibəsi elan edilmişdir.

“Bir neçə il əvvəl üçüncü dünya müharibəsini hissə-hissə yaşadığımızı söylədiyimi xatırlatmaq istəyirəm. Hesab edirəm ki, bu gün üçüncü dünya müharibəsi elan olunub “, – deyə Vatikanın rəhbərinin sözləri haqqında  “La Stampa” qəzetində yazılıb.

Müstəqilaz bu barədə Gazetaru-a istinadən xəbər verir.

Onun sözlərinə görə, «əsr ərzində üç dünya müharibəsindən sağ çıxan» bəşəriyyətdə nə baş verdiyini düşünmək lazımdır.

O, Afrikanın bəzi bölgələrində davam edən müharibələri, həmçinin 25 il əvvəl Ruanda müharibəsini xatırladıb. Papa dünyanın müharibə vəziyyətində olduğunu bir daha vurğulayıb.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Aleksey Paramonov Moskvanın Vatikanın Ukraynadakı münaqişədə vasitəçilik səylərini alqışladığını bildirmişdi.

//lephaush.net/4/5013541