Müstəqilaz

Braziliyanın keçmiş gözəllik kraliçası Gleycy Correia tonzillektomiya əməliyyatından sonra həddindən artıq qan itkisindən komaya düşüb. Gənc model iki aylıq həyat mübarizəsindən sonra vəfat edib. 

Müstəqilaz bu barədə NBC-ə istinadən xəbər verir.

Keçmiş Braziliya gözəllik kraliçası, 27 yaşlı Gleycy Correia daim şişən badəmciklərini çıxartmaq üçün əməliyyat masasına uzanıb.

Əməliyyatdan beş gün sonra ağır qan itkisi səbəbindən infarkt keçirən Gleycy reanimasiyaya aparılıb.

Reanimasiya şöbəsində sağ qalmaq üçün iki aylıq mübarizə aparan Correia dünyasını dəyişib.

Həyatını itirən Correia ailəsinin dostu Jak Abreu sosial media hesabından verdiyi açıqlamada ailənin qızlarının əməliyyat zamanı səhv müdaxilə nəticəsində öldüyünə tamamilə inandıqlarını bildirib.

Jak cəsədin ekspertiza üçün göndərildiyini söyləyib.

Modellikdən başqa, Correia sosial media fenomeni kimi də tanınırdı.

//eephaush.com/4/5013541