Müstəqilaz

İranlı hakerlər yüksək rütbəli İsrail rəsmilərinin elektron poçt hesablarını qırıblar.

Müstəqilaz xəbər verir ki, “Ediot Axronot” qəzetinin yazdığına görə, hakerlərin hədəfi həm keçmiş, həm də fəaliyyət göstərən yüksək rütbəli İsrail məmurları olub.

Hakerlər 2021-ci ilin dekabrınadək bu tip fəaliyyətlə, ən azı altı ay məşğul olublar.

Onlar İsrail ordusunun istefada olan generalının və İsrailin Vaşinqtondakı keçmiş səfirinin saxta sənədlərindən məmurlarla əlaqə yaratmaq üçün istifadə ediblər.

Hakerlər əldə etdikləri məlumatlardan yüksək vəzifəli məmurların şəxsi məlumatlarını, pasportları və digər sənədləri daxil olmaqla, öz haker miqyasını davam etdirmək və artırmaq üçün istifadə ediblər. Onlar şifrələri və e-poçt ünvanlarını yoxlamaq üçün müxtəlif strategiyalardan istifadə edib.

Belə ki, Livni dekabr ayında İsrail ordusunun keçmiş generalından şəxsi şifrəsindən istifadə edərək faylın açılmasını təklif edən məktub alıb. O, generalla telefonla əlaqə saxlayanda ona elektron məktub göndərmədiyini söyləyib.

Artıq İsrail təhlükəsizlik xidmətlərinə baş verənlər barədə məlumat verilib.

//thaudray.com/4/5013541