Müstəqilaz

Avqustun 1-dən oktyabrın 30-dək ehtiyatda olanların iştirakı ilə yeni hərbi toplanış keçiriləcək.

Müstəqilaz xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi tərəfindən təklif olunan müvafiq qərar cümə axşamı hökumətin iclasında qəbul edilmişdir.

Təlim-məşq toplanışında 1444 şəxs iştirak edəcək, onlardan 1249-u sıravi heyət və gizirlər, 65-i başgizi, 130-u isə zabit heyətindən olacaqdır.

Yığıma motoatıcı, mühəndis, raket-artilleriya qoşunları, kəşfiyyat, rabitə qoşunlarından ehtiyatda olan hərbçilər cəlb ediləcək.

Nəqliyyat təminatı üçün 134-ə qədər nəqliyyat vasitəsi cəlb ediləcək.

Toplanışlar döyüş hazırlığını artırmaq, səfərbərlik resursundan səmərəli istifadə etmək, döyüş növbətçiliyini gücləndirmək məqsədilə həyata keçirilir. Ehtiyac olduqda ehtiyatçılar döyüş növbətçiliyinə cəlb ediləcəklər.

Ekspertlərin fikrincə Azərbaycanın sərhəd daxilində və Türkiyədə birgə keçirdiyi təlimlər Ermənistanı təlaşa salıb.Onlar bu səbəbdən hazırlıq barədə qərar qəbul ediblər.

//thaudray.com/4/5013541