Müstəqil.az

David Qalstyan: Azərbaycan bölmələri yenidən Ermənistanın Sunik vilayətinin Nerkin Hand kəndinin qarşısında yerləşən dağlıq ərazidə irəliləyiblər.

Müstəqilaz bu barədə Sputnik Armenia-ya istinadən xəbər verir.

“Nerkin Hand kəndi ərazisində irəliləmə haqqında ilk dəfə 2021-ci ilin mart ayında məlumat yayılıb.Bundan qısa müddət sonra Ermənistan Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan Silahlı Qüvvələri kənd istiqamətində əraziyə 2021-ci ilin yazında daxil olub. Daha sonra hava şəraitinə görə ərazini tərk ediblər və havanın temperaturu artdıqdan sonra yenidən geri qayıdıblar.Bu barədə 2022-ci ilin mart ayına qədər rəsmi məlumat verilməyib. Bununla yanaşı, Azərbaycan Silahlı Qüvvələrinin 2022-ci ilin mart-aprel aylarında bu mövqeyə gedən yolu nəzarətə götürməsi peykdən gələn kadrlardan nəzərə çarpır.Lakin məlum olub ki, bu rayonda irəliləmə göstərilən bir mövqe ilə məhdudlaşmayıb. Sovet sərhədləri daha iki istiqamətdə pozulub.” – deyə Sputnik Armenia-nın yaydığı məlumatda bildirilir.

Qeyd edək ki, Ermənistan tərəfinin iddialarına qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyi heç bir rəsmi məlumat yaymayıb.Bu məsələ qarşı tərəfin iddiası olaraq qalır.

//thaudray.com/4/5013541