Müstəqilaz

Ermənistanın «Müqavimət hərəkatı» nın liderlərindən biri, «Ermənistan» müxalifət fraksiyasından olan vitse-spiker İşxan Saqatelyan gələn həftə üçün planlarını açıqlayıb.

Müstəqilaz bu barədə Newsarmenia-a istinadən xəbər verir.

Onlar “Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq! Ermənistan diz çökməyəcək! Ermənistan və Qarabağ güclü olacaq!” deyə şüarlarla çıxış edəcəklər

“Hərəkata daha böyük miqyas vermək üçün biz strukturu və strategiyanı dəyişdirmək qərarına gəldik. Biz sahə mütəxəssisləri ilə potensialımızı, strukturlarımızı, xüsusən də sosial-iqtisadi vəziyyətimizi, beynəlxalq təşkilatlarla işimizi birləşdirəcək müdafiə və təhlükəsizlik komitəsini yaratdıq. Ölkənin qarşısında duran problemləri həll etmək üçün bütün potensialımızı birləşdirəcəyik “, – deyə Saqatelyan bildirib.

Onun sözlərinə görə, bazar ertəsindən Ermənistanın bütün bölgələrində müqavimət ocaqları yaradılacaq. Qarabağda və Diasporda da müqavimət formalaşması prosesi başlamışdır.

Bununla da erməni dairələri Azərbaycanla Ermənistan arasında olan sülh prosesinə süni yollarla mane olmaq istəyir.əsas hədəf isə Nikol Paşinyandır.Əgər Paşinyan Azərbaycanla Ermənistan arasında baş tutacaq danışıqlarda iştirak etsə və tərəflər razılığa gəlsə, itirən müxalifət olacaq.Bu səbəbdən müxalif qüvvələr bu cür saxta və ucuz variantlarla Paşinyanın onsuzda itmiş nüfuzunu tamamilə sıfıra endirmək istəyir.

//alpidoveon.com/4/5013541