Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bakıda və Abşeron yarımadasında iyunun 9-da hava şəraiti əsasən yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən Musteqil.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 25-29° isti olacaq. Bakıda gecə 19-21° isti, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//lephaush.net/4/5013541