Bakı Apellyasiya Məhkəməsinin 05.03.2020-ci ildə baxmağa  göndərdiyi işə hələ də baxılmayıb 

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 97-1 (“Hakimlərin ezam edilməsi”) maddəsinə görə, hakimlər öz razılığı ilə Məhkəmə Hüquq Şurasının qərarına əsasən 2 ilədək müddətə Məhkəmə Hüquq Şurasının Aparatına, habelə müvafiq icra hakimiyyəti orqanının (Ədliyyə Nazirliyinin -M.B.) müraciəti olduqda , tədris fəaliyyətində və ya birinci və apellyasiya instansiyası məhkəmələrində bu Qanunun 86-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş sahələr üzrə işin təşkili vəziyyətinin YOXLANILMASINDA iştirak etmək üçün həmin QURUMA  (yəni Ədliyyə Nazirliyinə -M. B. ) ezam edilə bilər. Qanunverici hakimin bir məhkəmədən digərinə (HAKİM vəzifəsinə)  yox, icra orqanına ezam edilməsini doğrulayır . Bəs Sabunçu məhkəməsinin hakimi Rüstəm Kərimli necə olub hakimi olduğu məhkəmədən Bakı İnzibati Məhkəməsinə hakim vəzifəsinə ezam olunub? Yəqin  sözügedən 86-cı maddənin ikinci hissəsində nəzərdə tutulmuş sahələr üzrə, yəni birinci instansiya məhkəmələrində sədr və sədr müavini vəzifəsi, və ya hakim vəzifəsi vakant olduğundan ,MÜVAFİQ İCRA HAKİMİYYƏTİ ORQANI  (ƏDLİYYƏ NAZİRLİYİ- M. B. ) hakimin vəzifələrinin icrasını müvəqqəti olaraq digər MÜVAFİQ MƏHKƏMƏNİN hakimlərindən birinə həvalə etmək hüququndan yararlanıb. Çox güman, müvafiq icra hakimiyyəti orqanı -Ədliyyə Nazirliyi – Rüstəm Kərimlinin ləğv edilmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iş təcrübəsini əsas tutub. Amma bu güman özünü elə də doğrultmur. Nədən ləğv edilən iki inzibati -iqtisadi məhkəmənin əsasında yaradılan Bakı İnzibati Məhkəməsi bu sahə üzrə peşəkar hakim qıtlığı yaşayırdısa, elə öncədən Rüstəm Kərimli kimi illərin peşəkar  (inzibati) hakimini buraya hakim təyin etmək olmazdımı? Eyni zamanda, Rüstəm Kərimli hansı iş təcrübəsini tətbiq etməyə ezam olunub? Rüşvətalma təcrübəsinimi? Başqa nəsə fikirləşmək olmur və bu ezamiyyətin Rüstəm Kərimliyə neçəyə başa gəldiyini də Ədliyyə Nazirliyindəki havadarları bilərlər. RÜSTƏM KƏRİMLİNİN EZAMİYYƏTİNİN BAŞLICA AMACI BAKI APELLYASİYA MƏHKƏMƏSİNİN LƏĞV ETDİYİ  2 SAYLI BAKI İNZİBATİ-İQTİSADİ MƏHKƏMƏSİNDƏ QƏBUL ETDİYİ 15.10.2019 TARİXLİ QƏRARDADI ÜZRƏ İŞİ QANUNSUZ OLARAQ  İCRAATINA GÖTÜRÜB GİZLƏTMƏK OLUB!Və hələ də işə baxılması təmin olunmur. Rüstəm Kərimli yüksək HAKİM adını cavabdeh Nərimanov bələdiyyəsindən aldığı RÜŞVƏTƏ necə dəyişibsə, nə Məhkəmə Hüquq Şurası, nə qanunverici , nə müvafiq icra hakimiyyəti orqanı,  nə də Ombudsman işi tapa bilir. Açıq – aşkar korrupsiya faktına isə baş prokurorluq susur. Elə 2 il 2 aydır Bakı Apellyasiya Məhkəməsindən Bakı İnzibati Məhkəməsinə yenidən baxılmağa göndərilən Rüstəm Kərimlinin icraatında “susdurduğu” iş kimi. 
Məhkəmə hüquq sistemində özbaşınalıq o həddədir ki, hakim ləğv edilmiş işinə başqa məhkəmədən ezam olunmaqla  (?) hakim təyin edilir və işi gizlədir! (?) Nə vaxtadək məhkəmələr gizli fəaliyyət göstərəcək? Sualın cavabı  Məhkəmə Hüquq Şurasının  və müvafiq icra hakimiyyəti orqanının üzərinə düşür. Hər ikisinin başçısı eyni şəxsdir. ..//gündəmxəbər

//lephaush.net/4/5013541