Müstəqilaz

Ukraynanın işğal olunmuş Xerson şəhərində ilk Supermarketin açılışı baş tutub.

Müstəqilaz bu barədə İzru-a istinadən xəbər verir.

Supermarketə mallar Rusiyadan gətirilib – paketlərdə bütün adlar rus dilində yazılıb. Bundan əlavə, məhsulların iki cür qiyməti var – qrivna/rubl.

“Çeşidi yaxşıdır, kifayət qədər müxtəlifdir. Ticarət mərkəzinin rəhbərliyi mənə bildirib ki, 9 mindən çox adda məhsul var “, – deyə İşğal olunmuş Xerson vilayətinin Rusiyanın təyin etdiyi hərbi-mülki administrasiyasının rəhbəri Vladimir Saldo bildirib.

Saldo bildirib ki, bu, Xersonda işini bərpa edən ilk böyük formatlı supermarketdir. O, aydınlaşdırıb ki, rublla ticarətin əlverişli olacağı şərait yaradılacaq.

Planda daha iki mağazanın açılışı var.

Xatırladaq ki Rusiyanın Ukraynaya hərbi təcavüzü 24 fevral 2022-ci il tarixində başlayıb.

//lephaush.net/4/5013541