Rusiya Ukraynanın itkilərini açıqlayıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Rusiya müharibə başlayandan indiyədək Ukraynanın 1250-yə yaxın pilotsuz uçuş aparatını vurub.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

Qeyd edilib ki, ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək Ukrayna Silahlı Qüvvələrinin 207 təyyarə, 132 helikopter, 1249 pilotsuz uçuş aparatı, 344 zenit-raket kompleksi, 3683 tank və digər zirehli döyüş texnikası, 562 reaktiv yaylım atəşi sistemi, 2043 ədəd səhra artilleriya qurğusu və minaatan, o cümlədən 3715 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu