Rusiya – Çin strateji tərəfdaş sayılsa da, Mərkəzi Asiyadakı maraqları fərqlidir

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Rusiya Mərkəzi Asiya ölkələrinə Çin qədər yatırım qoymayıb. Çin bu sahədə liderdir. Belə çıxır ki, Rusiya Mərkəzi Asiya ölkələrinin təhlükəsizliyinə cavahdeh olarkən, Çinin bu ölkələrdəki investisiyalarını da qorumuş olur. Bu Çinin işinə yarayır”.

Metbuat.az xəbər verir ki, bu açıqlamanı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu edib. Analitkin sözlərinə görə, Pekin Mərkəzi Asiya ölkələrinin təhlükəsizliyinə maliyyə xərcləmədən Rusiyanın hesabına bölgədəki yatırımlarını qorumuş olur. Digər tərəfdən Mərkəzi Asiya ölkələrinin vətəndaşları işləmək üçün Çinə deyil, Rusiyaya üz tuturlar.

“Çinin özünün işçi qüvvəsinin ixracına ehtiyacı var. Çin Mərkəzi Asiya ölkələrinin nəqliyyat imkanlarından istifadə edərək Avropaya mal ixrac edir. Əvvəlki Rusiya yolu Ukrayna müharibəsinə görə Çin üçün o qədər də əlverişli deyil. Avropanın Rusiyaya qarşı sərt sanskiyaları Rusiyanın tranzit ölkə statusunu zəiflədib. Rusiya və Çin strateji tərəfdaş sayılsalar da, Mərkəzi Asiyadakı maraqlarında fərqli çalarlar var. Mərkəzi Asiya ölkələri iqtisadi zəmində Çindən asılı vəziyyətə düşdükcə, bu Rusiyanın regional maraqları ilə üst-üstə düşmür”.

Politoloq vurğuladı ki, Çinin uyğurlara qarşı zorakı siyasəti Mərkəzi Asiya ölkələrinin türk dövlətlərində narazılıqla qarşılanır.

“Doğrudur, türk dövlətləri Pekinlə münasibətləri gərginləşdirməmək üçün bunu açıq səsləndirmirlər, ancaq türklər olan uyğurlara qarşı zülm Mərkəzi Asiya ölkələrinin cəmiyyətlərində neqativ qarşılanır. Buna rəğmən, Pekinin uyğur siyasəti müsbətə doğru dəyişmir. Çinin Mərkəzi Asiyadakı layihələrində çinli işçi sayını artırması da bölgə ölkələrinin cəmiyyətlərinin xoşuna gəlmir” , – deyə Elxan Şahinoğlu bildirib.

Gülbəniz Hüseynli / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu