Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Ukraynada çox sayda rus yerli ordunun sıralarına qoşularaq, rus qüvvələrinə qarşı döyüşməyə başlayıb.

Musteqil.az xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb. Bildirilir ki, Ukrayna ordusunun sıralarına qoşulanlar arasında əsasən son illərdə Rusiyadan Ukraynaya köçən, Prezident Vladimir Putinə qarşı mövqeyi ilə seçilən şəxslərdən ibarətdir. Məlumata görə, əsir düşən rus hərbçilər arasında da mövqeyini dəyişərək, Ukrayna ordusu sıralarında döyüşənlər var.

Qəzetin məlumatına görə, Rusiya ordusuna qarşı döyüşənlər arasında “Gazprombank”ın rəhbərinin keçmiş köməkçisi İqor Volobuev də var. Volobuev Rusiya vətəndaşı olmasına baxmayaraq, işğaldan sonra Ukrayna ordusu sıralarına qoşulan ən yüksək rütbəli şəxsdir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//thaudray.com/4/5013541