“Real Madrid” 15 ildir klubun şərəfini qoruyan oyunçusu ilə VİDALAŞDI

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İspaniyanın “Real Madrid” klubu futbolçusu Marselo ilə yollarını ayırıb.

Metbuat.az xəbər verir ki, 15 ildir klubun şərəfini qoruyan braziliyalı müdafiəçi ilə müqavilə uzadılmayıb.

Qeyd edək ki, Marselo paytaxt komandasında son oyununu Çempionlar Liqasının finalında 1:0 hesabı ilə qalib gəldikləri İngiltərə “Liverpul”una qarşı keçirib. Klubun heyətində ümumilikdə 545 oyuna çıxan təcrübəli futbolçu 38 qol və 103 məhsuldar ötürmə ilə yadda qalıb. Onun aktivində 6 dəfə İspaniya çempionluğu, 5 dəfə ölkə Super Kuboku, 2 dəfə UEFA Super Kuboku və 5 dəfə Çempionlar Liqası titulları var



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu