Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Məlumdur ki, koronavirus pandemiyası səbəbindən iki ildən çoxdur ki, Azərbaycan quru sərhədlərini bağlayıb, ölkəni yalnız hava yolu ilə tərk etmək mümkündür. Təkcə Naxçıvanla Türkiyə arasındakı quru sərhəd açıqdır.

Nazirlər Kabinetinin sonucu qərarında qeyd olunur ki, ölkədə pandemiyaya görə tətbiq edilən bir sıra məhdudiyyətlər aradan qaldırılsa da, yerüstü sərhədlərin bağlı qalması iyulun 1-nə kimi uzadılıb.

Deputat Fazil Mustafa Musteqil.az-a bildirdi ki, quru sərhədlərin açılıb-açılmayacağı ilə bağlı ictimaiyyətə məlumat vermək lazımdır:

“Quru sərhədlərin açılması Nazirlər Kabineti Yanında Operativ Qərargahın səlahiyyətindədir. Bizim epidemioloji vəziyyətlə əlaqədar bilgimiz yoxdur. Risklər ola bilər və ya yeni virusun yayılma təhlükəsi var. Bunlar da nəzərə alınır. Hər bir halda bu barədə ictimaiyyəti bilgiləndirmək lazımdır. İnsanlar işlərini proqnozlaşdıra bilməlidirlər. Çünki quru sərhədlərin bağlı olması həm Gürcüstana gedən, həm də digər vətəndaşlarımız üçün problem yaradır. Xüsusilə də, Rusiyada olan vətəndaşlarımız üçün bu məsələ üzərində düşünmək lazımdır”.

Fazil Mustafa: “Bu, Mədəniyyət komitəsi tərəfindən hazırlanacaq sənəd deyil”

Fazil Mustafa

Quru sərhədlərin bağlı olması həm də turizm sektoruna təsir edir. Turizm üzrə ekspert Ramin Zamanovun sözlərinə görə, quru sərhədlərin bağlı olması turist axınını azaldır:

“Azərbaycana gələn turistlər həm də Qafqaza gəlir. Məsələn, Gürcüstandan gələn turistlər Azərbaycana gəlmək istəyir. Hava nəqliyyatı baha başa gəldiyi üçün quru yolu üstün tuturlar. Koreya və Çindən, Avropadan gələn turistlər, hətta Amerikadan da gələn turistlər üçün Azərbaycan və Gürcüstan arasındakı quru sərhədin böyük əhəmiyyəti var. Quru sərhədlər də bağlı olduğu üçün turistlər planladıqları istirahət günlərinin bir hissəsini ölkələrin birində keçirərək geri dönürlər. Bütün bunlar Azərbaycan turist axınını ləngidir və ya azaldır. Əlbəttə ki, quru sərhədlərin açılması Azərbaycana turist axınına müsbət təsir edəcək”.

Azərbaycana ova gələn əcnəbilər üç kateqoriyaya bölünəcək | marja.az

Ramin Zamanov

Bəs quru sərhədlərin açılması ilə bağlı qərar qəbul edildiyi təqdirdə ölkəmizdə virusun yoluxma tempinə mənfi təsiri yaranarmı?

Səhiyyə Nazirliyindən saytımıza verilən məlumata görə, yolxucu xəstəliklərin qarşısını almaq üçün profilaktik tədbirlər həyata keçirilir. Belə ki, sərhəd-keçid məntəqələrində yolxucu xəstəliklərin qarşısını almaq məqsədi ilə qabaqlayıcı tədbirlər görülür. Sərhəddi keçən şəxslər ümumi vizual baxışdan keçirilir, hərarətləri ölçülür və peyvənd statusu yoxlanılır.

Qeyd edək ki, quru sərhədlərin açılması ilə bağlı hər hansı bir rəsmi açıqlama yoxdur.

Ölkədəki epidemioloji vəziyyətə gəlincə, indiyədək ölkədə ümumilikdə 792 759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 998 nəfər müalicə olunaraq sağalıb, 9 713 nəfər vəfat edib. 48 nəfər aktiv xəstə sayını təşkil edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//lephaush.net/4/5013541