“Qarabağ”ın “Sürix”lə mümkün oyununun vaxtı açıqlandı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi olan İsveçrə “Sürix”i cavab matçının vaxtını açıqlayıb.

Metbuat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, iyulun 27-də “Letsiqrund” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

İlk görüşün vaxtı isə hələ dəqiqləşməyib.

Qeyd edək ki, “Sürix” II təsnifat mərhələsində “Qarabağ” və Polşa “Lex”i arasındakı matçın qalibi ilə qarşılaşacaq. İlk görüş iyulun 5-də Poznanda, cavab qarşılaşması isə 1 həftə sonra Bakıda olacaq.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu