Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi olan İsveçrə “Sürix”i cavab matçının vaxtını açıqlayıb.

Musteqil.az klubun rəsmi saytına istinadən xəbər verir ki, iyulun 27-də “Letsiqrund” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

İlk görüşün vaxtı isə hələ dəqiqləşməyib.

Qeyd edək ki, “Sürix” II təsnifat mərhələsində “Qarabağ” və Polşa “Lex”i arasındakı matçın qalibi ilə qarşılaşacaq. İlk görüş iyulun 5-də Poznanda, cavab qarşılaşması isə 1 həftə sonra Bakıda olacaq.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//lephaush.net/4/5013541