“Qarabağ”ın legioneri: “Yeni mövsümün hazırlığını gözləyirik”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Hazırda yeni mövsümün hazırlığını gözləyirik. Özümü toplanışa tam hazır hiss edirəm”.

Metbuat.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Kadi Borges klubun rəsmi saytına açıqlamasında deyib.

26 yaşlı yarımmüdafiəçi istirahət etmək üçün çox vaxtlarının olmadığını bildirib: “Az vaxtdan səmərəli istifadə etməyə çalışdıq. Həyat yoldaşım hamilə olduğu üçün Braziliyaya yollana bilməzdik. Çünki yol uzun müddətlidir. Bu səbəbdən, istirahətimizin bir hissəsini Azərbaycanda keçirtdik. Daha sonra 5 günlük Dubaya yollandıq və orada dincəldik. Ümumiyyətlə, hər şeydən razı qaldıq”.

Qeyd edək ki, “Qarabağ” yeni mövsümün hazırlıqlarına iyunun 9-da Bakıda start verəcək. Ölkə çempionu iyunun 20-də təlim-məşq toplanışının növbəti mərhələsi üçün Avstriyaya yollanacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu