“Qarabağ” böyük beynəlxalq təcrübəyə malikdir”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Ağdam təmsilçisi Azərbaycan Premyer Liqasında uzun illərdir dominantlıq edir”.

Metbuat.az xəbər verir ki, bunu İsveçrə “Sürix”inin prezidenti Ansilyo Kanepa UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki mümkün rəqibləri barədə danışarkən deyib.

O bildirib ki, həm Polşa “Lex”i, həm də Azərbaycan təmsilçisi “Qarabağ” çətin rəqibdir: “Lex” güclü Polşa Ekstraklasasında bir çox uğura imza atıb. Bu komandanın böyük beynəlxalq təcrübəsi də var. Eyni sözləri ikinci mümkün rəqib “Qarabağ” barədə də demək olar. Ağdam təmsilçisi Azərbaycan Premyer Liqasında uzun illərdir dominantlıq edir və böyük beynəlxalq təcrübəyə malikdir”.

Qeyd edək ki, “Qarabağ” – “Lex” cütünün qalibi ilk oyununu 19/20 iyulda evdə, cavab görüşünü 26/27 iyulda səfərdə keçirəcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu