Qərbdən Ukraynaya ŞOK: “Silahların verilməsi dayandırıldı”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“ABŞ Ukraynaya uzun mənzilli raketləri vermək fikrindən imtina edib”.

Metbuat.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. Bildirilir ki, məsələ barədə rəsmi açıqlama olmasa da, ekspertlər hesab edir ki, ABŞ-ın qərarını dəyişməsi Prezident Vladimir Putinin hədəsi ilə bağlı ola bilər. Putin Ukraynaya uzun mənzilli raketlərin veriləcəyi təqdirdə indiyə qədər hədəfə alınmayan ərazilərin bombalanacağını açıqlamışdı. Ekspertlər iddia edir ki, Qərb Ukraynaya silah tədarükünü ya azaldıb, ya da gecikdirir. ABŞ prezidenti Co Baydenin ukraynalı həmkarı Vladimir Zelenski ilə qarşılıqlı ittihamları da buna işarədir. Ukrayna tələb etdiyi silahları Qərbdən ala bilmir. Məlumata görə, Ukraynadakı silah fabrikləri artıq işləmir. Ukrayna mübarizə aparmaq üçün lazım olan silahları istehsal edə bilmir. Bu da Kiyevin tamamilə xaricdən gələn silahlardan asılı olduğunu deməyə əsas verir.

Ekspertlər hesab edir ki, belə olan halda Ukrayna torpaqlarının bir hissəsindən imtina edərək tək seçimi olan danışıqlar masasına əyləşmək məcburiyyətində qala bilər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu