Qərb Ukraynaya arxa çevirdi: “Rusiyaya torpaq verin”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

NATO-nun Baş katibi Yens Stoltenberqin “Ukrayna Rusiyaya güzəştə getməlidir” açıqlaması müzakirələrə səbəb olub.

Metbuat.az xəbər verir ki, o deyib:

“Bu müharibə masada bitəcək. Məsələ sülhün təmin edilib-edilməyəcəyi deyil. Əsas məsələ budur ki, ukraynalılar sülh üçün nə qədər torpaq verməyə, öz müstəqilliklərini və azadlıqlarını nə qədər güzəştə getməyə hazırdırlar?”

Qeyd edək ki, Ukrayna rəhbərliyi Qərbin “torpaq güzəştə getmək” barədə açıqlamasına sərt reaksiya verib. Kiyev güzəştə getmək fikrində olmadığını açıqlayıb. Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makronun “Ukrayna güzəştə getməlidir” açıqlaması olmuşdu. ABŞ Prezidenti Co Bayden isə bildirmişdi ki, sülh üçün Ukrayna Rusiyaya torpaq güzəştə getməlidir. Ekspertlər hesab edir ki, müharibədən əvvəl Ukraynanı cəsarətləndirən Qərb, Rusiyanı sarsıdandan sonra indi Kiyevə “arxa çevirib”. Ekspertlər hesab edir ki, Qərb müharibənin Avropa üçün təhlükəsini anlayır və buna görə də Rusiyaya Ukraynada istədiyini verməyə “razılaşıb”. Qərb müharibənin davam edəcəyi təqdirdə dünyada inflyasiyanın və qida böhranının artacağından narahatdır. Ukraynada Rusiyanı sarsıdan Qərb, yəqin Moskvanı başqa torpaqlarda cəzalandırmaq istəyəcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu