Putin hansı dostuna arxayındır? – Açıqlama

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı apardığı işğalçı müharibədə müttəfiq qazana bilməyib. Onun hərbi əməliyyatda yeganə müttəfiqi Belarus prezidenti Aleksandr Lukaşenkodur ki, o da ordusunun Ukraynaya müdaxiləsindən çəkinir. Çünki bu müharibənin ədalətsiz olduğunu Lukaşenko da daxilən anlayır, sadəcə səsini çıxarmağa qorxur. Qazaxıstan Rusiyanın strateji tərəfdaşı sayılsa da, Ukrayna müharibəsində Kremldən məsafə saxlayır. Putinin böyük dövlətlərdən əsas ümidi Çinədir”.

Metbuat.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, buna baxmayaraq, Putin Sankt-Peterburqda keçirilən iqtisadi forumda Pekinin siyasətindən danışarkən ehtiyatlı cümlələr işlədib:

“Putinin sözlərindən belə çıxır ki, Çin hər bir məsələdə Rusiya ilə həmrəy olmalıdır – düşüncəsində deyil. Çinlə əməkdaşlıq həm maraqlı, həm də faydalıdır. Aramızda dostluq əlaqələri var. Buna baxmayaraq, böyük dövlət olan Çinin fərqli maraqları ola bilər və Pekin bu maraqlar əsasında siyasət yürüdür. Çin lideri Tsi Sinpinlə dostluq münasibətlərimiz mövcuddur. Putin bununla demək istəyib ki, Kreml Çinin bəzən fərqli addımlarından narahat deyil. Pekin Kremllə sıx əməkdaşlığına davam etsə də, Çinin böyük şirkətləri Qərb sanksiyalarına görə Rusiya ilə əməkdaşlıqda ehtiyatlıdırlar. Görünür, Putin bunu nəzərdə tutub. Ancaq Rusiya prezidenti çıxışında həm də onu deyib ki, iki dövlət arasında ticarət mübadiləsi ildən ilə artır və bunu Kreml müsbət qiymətləndirir. Putin Çini tərifləməyi də unutmayıb. Deyib ki, çoxqütblü danyaya doğru gedirik və bu dünyada Çin iqtisadi liderdir. Bununla Putin Çinin iqtisadi baxımdan Rusiyadan da güclü dövlət olduğunu etiraf edib. Putin “balans pozulmasın” deyən çıxışında Hindistanı da xatırladıb və qeyd edib ki, Hindistanda 1 milyard 300 milyon insan yaşayır. Bu, böyük potensialdır. Hindistanın baş naziri Narendra Modi proqressiv siyasətçidir. Putinin Hindistanı tərifləməsinə baxmayaraq, Delhi ABŞ-ın formalaşdırdığı dördlükdə – ABŞ, Avtstraliya və Yaponiya blokunda yer alıb”.

Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu