Putin buna görə səfərbərlik elan etmir: ŞOK SƏBƏBLƏR

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı xüsusi hərbi əməliyyatı “müharibə” adlandıraraq səfərbərlik elan etməkdən çəkinir”.

Metbuat.az xəbər verir ki, bu barədə “Foreign Policy” nəşrində məqalə dərc edilib. Məqalədə deyilir ki, Putin səfərbərlik elan etməklə döyüşə daha çox hərbçi cəlb edə bilər ki, bu da Rusiya ordusunun üstünlük əldə etməsinə səbəb olacaq. Mütəxəssislər hesab edir ki, Putin real itkiləri gizlətmək üçün bu yola getmir. Çünki, Rusiya ordusunun itkilərinin məlum olması, Putin üzərində təzyiq yaradacaq.

Müəllifə görə, bununla belə Rusiya itkilərinin yerini hərbçiləri döyüşə gizlicə cəlb etməklə doldurur. Rusiya sanksiyalara görə, bəzi silahları istehsal edə bilmir və nəticədə bu, Moskva üçün döyüşlərdə çətinliklər yaradır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu