Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Finlandiya və İsveçin NATO-ya üzv olmasından sonra Rusiyanın edəcəyi bütün həmlələrə cavab verməyə hazırıq”.

Musteqil.az xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq belə açıqlama verib. O bildirib ki, Rusiya bundan sonra qərar qəbul edərkən diqqətli olmalıdır.

“Yeni strategiyamızda terrorizm təhlükəsizliyimizə ən böyük təhdidlər arasındadır. Finlandiya və İsveçin NATO-ya qoşulmasından sonra Rusiyanın buna qarşılıq verməsinə cavab verməyə hazırıq. Madriddəki zirvədə 70 ildir davam edən əməkdaşlığımızı nümayiş etdirdik” – Stoltenberq deyib.

Qeyd edək ki, Vladimir Putin NATO-nun Finlandiya və İsveçə qüvvələr yerləşdirəcəyi halda cavab veriləcəyini bəyan etmişdi.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//alpidoveon.com/4/5013541