Prezidentin tapşırığı ilə Azərbaycan Türkiyəyə amfibiya təyyarəsi göndərib

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Türkiyədə yanğınların söndürülməsində iştirak etmək üçün birbaşa Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus “BE-200ÇS” amfibiya tipli təyyarəsi 10 nəfərlik heyətlə Muğlaya yola düşüb.

Metbuat.az xəbər verir ki, təyyarə əvvəlcə Muğlada Dalaman Hava Limanına enəcək, daha sonra yanğınsöndürmə əməliyyatlarına qoşulacaq.

16:45

Türkiyənin Muğla bölgəsində hazırda meşə yanğınları davam edir. Yanğınların söndürlməsində iştirak etmək üçün birbaşa Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus “BE-200ÇS” amfibiya tipli təyyarəsi 10 nəfərlik heyətlə Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşür.

Metbuat.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlama verən FHN-in Aviasiya dəstəsinin rəisi, general-mayor Əşrəf Qasımov bildirib ki, təyyarə ötən il də Türkiyədə baş verən yanğının söndürülməsinə iştirak edib:

“Bu, yanğınların söndürülməsində ən effektiv təyyarədir. Təyyarə suyun üzərində durmadan 18-20 saniyəyə 12 ton su götürmə həcminə malikdir. Suyu götürərək yanğın bölgəsinə yol düşür. Təyyarə tu gündən etibarən qardaş ölkə Türkiyədə yanğınların söndürülməsində iştirak edəcək”.

15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsi üçün qardaş ölkəyə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə yaxın saatlarda Türkiyə Respublikasının Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşəcək.

Metbuat.az FHN-ə istinadən xəbər verir ki, hazırda təyyarənin yola salınması üçün hazırlıq işləri gedir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu