Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycanda son sutkada 1 772 nəfər vaksinasiya olunub.

Bu barədə Musteqil.az-a Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verilib.

Gün ərzində birinci doza vaksinlərin sayı 245, ikinci doza vaksinlərin sayı 149 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 234 – dür. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 144 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 737 949, birinci doza peyvəndlərin ümumi sayı 5 349 904, ikinci doza vaksinlərin sayı 4 850 340 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 290 717, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 246 988 olub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//eephaush.com/4/5013541