Narkotik satışı ilə məşğul olan və silahlı şəxslər saxlanılıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən üzərlərində və yaşadıqları evlərdə qanunsuz olaraq odlu silah-sursat, eləcə də narkotik vasitələr saxlayan şəxslərə qarşı əməliyyatlar həyata keçirilib.

Bu barədə Metbuat.az-a DİN-dən məlumat verilib.

Daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbirlər zamanı Əli Abbaslı, tanışı Ələkbər Məmmədov, Aqil Qarayev və Hamlet Vəliyev narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilindikləri üçün saxlanılıblar. Onlardan ümumilikdə 23 kiloqram narkotik vasitə heroin, marixuana və 1590 ədəd metadon həbi aşkar edilərək götürülüb. Saxlanılan şəxslər narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyatlar zamanı üzərləində qanunsuz olaraq odlu silah-sursat saxlamaqda şübhəli bilinən Natiq Səfərov və Ceyhun Nuriyev saxlanılıblar. Onlardan 2 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar olunub.

Qeyd olunan faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbirləri seçilib. Saxlanılanların cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu