Namiq Qaraçuxurlu: “Aygün mənim nə savabımdır, nə də günahım”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Mən heç vaxt xəyanət etməmişəm. Ona görə də xəyanəti bağışlamaram”.

Metbuat.az xəbər verir ki, bu sözləri “Baku TV”də yayımlanan “O kimdir?” verilişinin budəfəki buraxılışında qonaq olan meyxana ustadı Namiq Qaraçuxurlu deyib.

Həyatı ilə bağlı maraqlı məqamlara aydınlıq gətirən meyxanaçı Xalq artisti Aygün Kazımova ilə münasibətindən danışıb:

“Onunla niyə ayrıldığımız barədə danışa bilmərəm. Bəzən hirslənib, danışacağımı demişəm. Amma özümə nifrət etmişəm ki, bir kişinin bunu insanlar arasında danışmağı doğru deyil”.

“Meyxanaçı olmasaydım, siyasətlə məşğul olardım. Bəlkə də millət vəkili olardım”, – deyən N. Qaraçuxurlu siyasi proseslərə marağından da bəhs edib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu