Mülki Müdafiə Qoşunlarında Silahlı Qüvvələr Günü münasibəti ilə görüş keçirilib

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarında (MMQ) 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri, Qarabağ müharibəsi qaziləri ilə MMQ-nin şəxsi heyətinin görüşü keçirilib.

Metbuat.az FHN-in saytına istinadən xəbər verir ki, əvvəlcə, tədbir iştirakçıları MMQ-nin inzibati binasının həyətində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək Dahi Rəhbərin əziz xatirəsinə öz ehtiramlarını bildiriblər. Sonra Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən “Heydər Əliyev Muzeyi” ziyarət edilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev, Vətən müharibəsi iştirakçıları Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmət etmiş Vüsal Yaqubov, Şamxal Qocayev və Aprel döyüşlərinin qazisi Ülfət Həsənov iştirak edib.

Tədbirdə çıxış edən müharibə iştirakçıları ümummilli lider Heydər Əliyevin siyasi ideyalarına, dövlətçiliyə, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandana həmişə sadiq olan müharibə veteranlarının hazırki mərhələdə respublikamızın ictimai-siyasi həyatında xidmətlərindən danışıblar. Natiqlər müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasındakı keçdikləri döyüş yolundan söz açıb, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinin yüksək səviyyədə saxlanılmasının Qələbəmizin əldə olunmasında çox böyük əhəmiyyətə malik olduğunu vurğulayıblar. Tədbirdə veteran və qazilərimizin ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etməsi, gənclərin orduya hazırlanmasında və ordumuzun şəxsi heyətinin döyüş ruhunun yüksəlməsində səylərini əsirgəməməsi yüksək qiymətləndirilib.

Qazi və veteranlar Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirirblər.

Tədbirin rəsmi hissəsindən sonra Mülki müdafiə qoşunlarının nümunəvi orkestrinin ifasında konsert proqramı təqdim edilib.

Sonda Vətən müharibəsi qaziləri şəxsi heyətlə xatirə şəkilləri çəkdiriblər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu