Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Malta Prezidenti Corc Vella Prezident İlham Əliyevə təbrik ünvanlayıb.

Musteqil.az xəbər verir ki, təbrik məktubunda deyilir:

“Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Malta Respublikasının xalqı adından və şəxsən öz adımdan Zati-alinizə və Azərbaycan Respublikasının xalqına ən səmimi təbriklərimi çatdırıram.

Əminəm ki, Malta Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlər xalqlarımızın mənafeyi naminə bundan sonra da inkişaf edəcəkdir. Bizim münasibətlərimiz ikitərəfli səviyyədə, həmçinin Avropa İttifaqı və Şərq Tərəfdaşlığı dialoqu çərçivəsində regional və çoxtərəfli müstəvidə strateji yaxınlaşma üçün imkanlar yaradır. Əminəm ki, Şərq Tərəfdaşlığı Avropa İttifaqı ilə onun Şərqdən olan tərəfdaşları, o cümlədən Azərbaycan Respublikası arasında daha yaxın əməkdaşlıq üçün nadir platforma olaraq qalacaqdır.

Beynəlxalq aləmin dünya nizamının təməl prinsiplərinə təsir göstərən problemlərlə üz-üzə qaldığı bir vaxtda qlobal miqyasda narahatlıq doğuran məsələlərin həlli üçün birgə fəaliyyət göstərmək indi həmişəkindən daha vacibdir.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, ölkənizə isə davamlı sülh, tərəqqi və firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//thaudray.com/4/5013541