Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinin məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsinə 88 nəfər məişət zorakılığına məruz qalan şəxs qəbul edilib.

Agentlikdən Musteqil.az-a verilən məlumata görə, onlardan 60 nəfərin sosial reabilitasiyası uğurla başa çatıb və cəmiyyətə reinteqrasiya olunub.

Qeyd edək ki, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsi ötən ilin avqustun 1-dən fəaliyyətə başlayıb. Agentliyin “Qayğı” Çağrı Mərkəzinin (116 123) ikinci xətti fasiləsiz olaraq məhz məişət zorakılığına məruz qalmış şəxslərə dəstək məqsədilə fəaliyyət göstərir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//shaickox.com/4/5013541