Lukaşenkonun iti ziyafət zamanı masanın üzərində uzandı

Belarus prezidenti Aleksandr Lukaşenkonun iti ziyafət zamanı masanın üzərində uzanarkən görüntülənib.

Sosial şəbəkədə yayılan görüntülər ölkədə biçin bayramı münasibətilə keçirilən ziyafət zamanı lentə alınıb.

Lukaşenkonun özü də daxil olmaqla, masada oturan insanlar boşqablarına yemək qoyarkən dövlət başçısının ağ rəngli Ştits cinsindən olan Umka adlı iti yeməklərin arasında uzanıb.

Qeyd edək ki, ev heyvanı artıq birinci dəfə deyil ki, masanın üzərində uzanarkən görünüb. Umka Lukaşenkonun Tacikistan prezidenti Emoməli Rəhmonla Düşənbədəki görüşü zamanı, eləcə də Belarus prezidentinin jurnalist Nailə Əsgərzadə ilə müsahibəsində də eyni hərəkəti edib.Mənbə: lentaru

Başa dön tuşu