Lavrov Zelenski ilə məzələndi: “Uşaq nə ilə əylənmək…“

“Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya rəhbərliyinə qarşı tətbiq etdiyi sanksiyalar Moskvanın hər hansı cavab addımına layiq deyil”.

Musteqil.az Yenisabah.az-a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Uşaq nə ilə əylənmək istəyirsə, əylənsin”, – deyə Lavrov məzələnib. 

Xatırladaq ki, Zelenski öz fərmanı ilə Rusiya prezidenti Vladimir Putin, onun mətbuat katibi Dmitri Peskov, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, baş nazir Mixail Mişustin və Sergey Lavrova da daxil olmaqla, Rusiya hökumətinin demək olar ki, bütün üzvlərinə qarşı qeyri-müəyyən sanksiyalar tətbiq edib. Ümumilikdə 35 nəfərə sanksiya verilib.

Başa dön tuşu