Müstəqilaz

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 9-da səhər İrəvandakı (qondarma erməni soyqırımı abidəsi) «Tsitsernakaberd» xatirə kompleksinə baş çəkib.

Müstəqilaz bu barədə Sputnik Armenia-ya istinadən xəbər verir.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri əbədi məşəl kompleksinə çiçək qoyub, Osmanlı imperiyasında ermənilərin  (qondarma erməni soyqırımı) soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Rusiyalı nazir 2007-ci ildə xatirə xiyabanında əkdiyi ağacı da sulayaraq qeyd edib ki, «bu yaxşı bir ənənədir».

Rusiya diplomatiyasının rəhbəri iyunun 8-də Ermənistana işgüzar səfərə gəlib. Səfər çərçivəsində nazir erməni həmkarı Ararat Mirzoyanla görüş keçirəcək, bundan sonra diplomatik idarələrin rəhbərləri birgə mətbuat konfransı keçirəcəklər.

Lavrovun Ermənistanın baş naziri Nikol Paşinyan, habelə prezident Vaaqn Xaçaturyan ilə də danışıqları planlaşdırılır.

İyunun 10-da İrəvanda Lavrov KTMT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.

//lephaush.net/4/5013541