Körpələri günvurmadan necə qoruyaq?

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,İsti yay günlərində körpələri günvurmadan qorumaq mütləqdir.

Metbuat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev bildirib.

Nazirlik rəsmisi uşaqları günvurmadan qorumaq üçün məsləhətlərini də verib:

“Uşağı birbaşa günəş şüalarından qorumaq məqsədilə ilk növbədə onun başını, bədənini panama və ya dəsmal ilə örtmək lazımdır. Bundan başqa, istivurmanın qarşısını almaq üçün çimərlikdə üzmək ilə qum vannasının qəbulunu növbə ilə etmək məsləhət görülür.

Körpənin rasionuna, xüsusilə də gündüz saatlarında və günəş şüası qəbulu planlaşdırıldığı zaman, meyvə-tərəvəz məhsulları daxil olmalı, yağlı qidalar və ət məhsullarını məhdudlaşdırmalıdır. Qazsız içkilər və şəkərsiz kompotlara üstünlük verilməsi tövsiyə olunur. Bu profilaktik tədbirlərə riayət edilərsə, istivurma təhlükəsi körpələrdən yan keçəcək”.

Başa dön tuşu