Terror təşkilatı PKK/PYD Türkiyənin hazırladığı 5-ci əməliyyata qarşı son 10 gündə Rusiya və Əsəd rejimi ilə 4 dəfə görüşüb. Gizli görüşlərin gündəmi “Türkiyənin dayandırılması” və “terror təşkilatının necə qorunacağı” olub.

Müstəqilaz bu barədə CNN Türk-ə istinadən xəbər verir.

Suriyanın şimalında beşinci əməliyyat üçün geri sayım davam edir. Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu (SMO) əməliyyat üçün əmr gözlədiyi bir vaxtda terror təşkilatı PKK/YPG ABŞ, Rusiya və Əsəd rejimi ilə gizli danışıqlar aparır. Yeni Şafak qəzetinin iddiasına görə, PKK Türkiyəni dayandırmaq üçün yerdəki bütün aktyorlarla gizli görüşlər keçirib, son 10 gündə ən azı 4 dəfə ruslarla və rejimlə görüşüb.

İlk görüş Tel Rıfatda olub. Rusiya, rejim və PKK üzvləri ilə keçirilən üçtərəfli görüşə İran milisləri daxil edilməyib. PKK adından təşkilatın Hələb şefi adlandırılan Remzi Şeyhmousun qatıldığı gizli toplantıda rejim zabitləri, PKK-nın nəzarətində olan nefti rejimə daşıyan Katırcı qrupunun hərbi qüvvələri və rus əsgərləri iştirak edib. Rejim adından Siyasi Büronun rəhbəri Qassan İbrahim. Görüşün əsas mövzusu “Türkiyənin Mənbic və Tel Rıfatı da əhatə edəcək əməliyyatının qarşısını almaq” və “PKK-ya zəmanət vermək” olub. Əməliyyatdan qorxan PKK Rusiya və rejimdən əməliyyatın dayandırılmasını və təhlükəsizliyin təmin edilməsini istəyib. Regional mənbələrdən əldə edilən məlumatlar arasında PKK-nın Rusiyadan Tel Rıfata əsgər göndərməsini istəməsi də var.

Rusiya, PKK və rejim arasında digər görüş Latakiyanın cənub-şərqində Rusiyanın nəzarətində olan Hmeymim bazasında baş tutub. Bu görüşdə Tel Rıfat və Mənbicə tranzit qarşılığında PKK-ya təminat təklifi irəli sürülüb. Lakin PKK adından görüşə qatılan heyət, “Bizim belə bir razılaşmaya ixtiyarımız yoxdur” deyərək, Kandildəki liderlərə işarə edib.

Üçüncü görüş isə Mənbicdə keçirilib. Bir qrup əsgərlə görüşə gedən rejim heyəti toplantını şəhərdə keçirmək istəyib. Lakin PKK/YPG üzvləri qəbul etmədiyi üçün görüş Mənbic yaxınlığındakı kənddə baş tutub. Son görüş isə Kamışlıda olub. Buradakı görüşdə digərlərindən fərqli olaraq yüksək rütbəli rus zabitlərinin də iştirak etdiyi öyrənilib. Görüşlərdə hansı qərarın qəbul edildiyi maraqla qarşılanarkən, danışıqlardan sonra sahədə hərbi aktivlik yaşanıb. Rejim Tel Rifat və Ayn İsaya çoxlu sayda qüvvə göndərib. Amerikalılar da PKK/YPG üzvləri üçün işləri sürətləndirib. PKK/YPG üzvləri ilə görüşdən sonra toplantı keçirən ABŞ təşkilata dəstək qarşılığında ərəb qəbilələrinə vədlər verib. Bəzi qəbilə başçılarına milyonlarla dollar təklif edildiyi öyrənilib.

Təl-Rifat və Mənbiçə verilən əməliyyat siqnalının ardından Suriyada hərəkətlilik davam edir. Mümkün bir əməliyyatda türk əsgərləri ilə yanaşı cəbhədə olacaq Suriya Milli Ordusu (SMO) da əməliyyata hazırdır. SMO dünən bölgəyə yüzlərlə maşın və minlərlə əsgərlə konvoy göndərib. Ağır silahlarla təchiz edilmiş 200-dən çox avtomobillə Azezdə toplanan SMO əsgərləri hərəkətə hazır olduqları mesajını veriblər. Daha sonra avtomobillər konvoy şəklində Azez, Soran və Succo bölgələrində əraziyə baxış keçirib. Konvoyun keçidi zamanı Suriya vətəndaşları SMO-ya alqışlarla dəstək veriblər. Türkiyədən göstəriş gözləyən müxalifət əməliyyatın tez bir zamanda başlamasını istəyir.

//lephaush.net/4/5013541