Müstəqilaz

Texasdakı Amarillo zooparkında təhlükəsizlik kameralarına düşən sirli məxluqun görüntüləri ABŞ-da gündəm olub. Zoopark sosial media hesablarında görüntüləri paylaşaraq bu maraqlı canlının kimliyini müəyyən etmək üçün ictimaiyyətdən kömək istəyib. Digər tərəfdən zooparkın ətrafında məskunlaşan bir çox insan sirli canlıya görə gecələr çölə çıxmaqda çətinlik çəkdiklərini bildirib.

Müstəqilaz bu barədə NBC-ə istinadən xəbər verir.

ABŞ-ın Amarillo zooparkında gecə saatlarında təhlükəsizlik kameralarına düşən görüntü böyük səs-küyə səbəb olub. Bağın hasarının kənarında qaranlıqda gizləndiyi görünən tüklü quruluşa malik sirli canlının görüntülərini sosial mediada paylaşan zoopark rəsmiləri ictimaiyyətdən bu canlının nə olduğu ilə bağlı kömək istəyib.

Zooparkın rəsmi İnstaqram səhifəsində “Zoparkın təhlükəsizlik kameralarında Brackenridge Parkında dolaşan sirli bir fiqur görünüb. Bu qəribə canlının şəxsiyyətini müəyyən etmək üçün ictimaiyyətdən kömək istəyirik” sözləri yazılan post paylaşılıb.

Bölgədən gələn ilk xəbərlərə görə, böyük bir sürünən kenquruya bənzəyən bir canlı kimi səciyyələndirilən, dik durduğu üçün sosial mediada böyük mübahisə yaşanıb. Tullanan çaqqala qədər hər cür təxminlərin yer aldığı şərhlərdən sonra açıqlama verən ABŞ dövlət rəsmisi, “Gecə gəzməyi sevən qəribə papaqlı biri idi? Böyük çaqqal arxa ayaqlarındadır? Bu, çupakabradır? Bu, sirrdir.”  deyə bildirib.

ABŞ rəsmisinin qeyd etdiyi Latın Amerikasının məşhur əfsanəsi “Çupakabra” heyvanlara hücum edən və onların qanını içən dəhşətli məxluqun adıdır. Adı ispanca çupar (“əmmək”) və cabra (“keçi”) sözlərindən əmələ gəlib və “keçi əmici” kimi tərcümə olunur.

Digər tərəfdən Amarillo zooparkının ətrafında yaşayan bir çox insan əsrarəngiz canlının görüntülərinin internetə düşməsindən sonra qorxudan gecələr çölə çıxmaqda çətinlik çəkdiklərini bildirib.

//thaudray.com/4/5013541