Seymur Məmmədov, nazir əmisinin adından sui-istifadə etməklə, ətrafına topladığı Qasım Cavadov kimi dələduzların adlarına açdırdığı şirkətlər vasitəsi ilə, çoxlarının külli miqdarda pullarını ələ keçirib

Bu kriminal qrupda birləşənlər, hətta dustaqları vaxtından əvvəl azadlığa çıxaracaqları vədiylə, onların doğma-yaxınlarını da aldadaraq, külli miqdarda pullarını ələ keçirməkdən belə çəkinmirlər

Bu yazımızın əvvəlində öncə onu qeyd etməyi lazım bildik ki, yazı başlıqlarında göstərdiyimiz mövzuda, araz.az-ın da, bu yaxınlarda yazısı olub. Həmin yazı da, mövcud qanunlarımızın tələbələri çərçivəsinə sığmayan cinayət əməllərindən danışacağımız bu kriminal qrup üzvlərinin, 80 min manat halal pulunu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirdikləri adını yuxarıda çəkdiyimiz iş adamı Şahin Dadaşovun başına gətirdikləri oyunlardan bəhs edib. Xüsusi olaraq o vurğulanıb ki, xeyli müddətdir onun işinin normal getməsinə imkan verməyən 80 min manatla bağlı bu cinayət xarakterli hadisənin xronologiyasının ilki, ədliyyə nazirinin qardaşı oğlu Seymur Məmmədova məxsus AZ 10 AA 054 dövlət nömrə nişanlı xarici markalı maşında qoyulub və bu gedişlə heç bitənə də oxşamır.

Bir də ki, əgər bu kriminal xronologiyanın sonu görünən olsaydı, onda, bu hadisəni törədən Qasım Cavadov, heç olmasa, indiyədək nazirin qardaşı oğlunun olduqca bahalı həmin maşınında, ətrafına topladığı kriminal xarakterli yaxınlarıyla birlikdə, külli miqdarda pulunu aldadıb, ələ keçirdiyi iş adamının üstünə gəlməkdən, onu təhdid etməkdən qorxub-cəkinərdi. Açıq-aşkar görünür ki, fakt öz faktlığında qalır: Günahkara: “Qaşın üstə qara var!” — deyən tapılmır ki, tapılmır. Elə, buna görə də, o, öz kefindədir və indiyədək heç nə vecinə olmayıb.

Ötən yazımızda qeyd etdiyimiz kimi, Qasım Cavadov öz adına olan “GOOD AIR ENGINEERING CO LTD” şirkəti vasitəsi ilə, daha çox nazirin qardaşı oğlunun adından sui-istifadə etməklə, əvvəlcədən tanıdığı iş adamı Şahin Dadaşovun başına olmazın oyunlar açıb. Ortada dələduzluq, aldatma və etibardan sui-istifadə etmə yolu ilə başqasının külli miqdarda pulunu ələ keçirmə faktının olması danılmazdır.

Hətta Qasım Cavadovun törətdiyi bu qatı cinayət əməli, artıq, polis orqanı tərəfindən də tam təfsilatı ilə açılıb və birbaşa, ortada dələduzluq faktının olduğuna bir işarə kimi qiymətini alıb. Di gəl ki, bu addan qorxub-cəkinmədən sui-istifadə edən Qasım Cavadov, hələ də, qanun çərçivəsində məsuliyyətə cəlb olunmayıb. Bunlar azmış kimi, Qasım Cavadova ruh verənlər, onun qorxub-çəkinmədən ağlına gələni etməsi üçün də, ona istədiyi şəraiti yaradırlar həmişə. Bütün bunlar qatı cinayət əməlləridir. Amma nə olsun, bu bağışlanmaz cinayət əməllərinə görə də, onun və yanındakıların xətrinə dəyən tapılmır ki, tapılmır.

Yeri gəlmişkən, onu da qeyd edək ki, Qasım Cavadovun kim olması və iş adamı Şahin Dadaşovun böyük məbləğdə bu pulunun onun əlinə necə düşməsi ötən yazımızda ətraflı açıqlanıb. Bildirilib ki, bu dələduzun “toruna düşən” iş adamı bizneslə çoxdan məşğul olur: “Ən əsası odur ki, bu iş adamı halal qazanc əldə etmək üçün, öz bacarığı hesabına biznesini qura bilib. Bir Allah bəndəsi və Azərbaycan dövlətinin vətəndaşı olaraq, indiyədək əldə etdiklərinə görə, başımız üstündəki Böyük Allahımıza qəlbən duaçı olduğunu bildirən Şahin Dadaşov, iş adamlarına yaratdığı hərtərəfli şəraitə görə, ölkə başçısına da öz dərin təşəkkürünü və minnətdarlığını çatdırıb həmişə. Hətta özünün biznesi ilə bağlı və dolanışığı sarıdan indiyədək ortada hər hansı bir şikayəti də olmayıb. Heç otən müddət ərzində, başına, hədsiz narahatlıq doğuran qovğalı belə bir iş gəlməyib də.Elə, buna görədir ki, keçirdiyi bu hədsiz narahatlıqlara görə, ona təsəlli verməyə gələn doğma-yaxınlarının, dost-tanışlarının sayı da günü-gündən çoxalır”.
Ötən yazımızda da bildirdiyimiz kimi, Şahin Dadaşov ona təsəlli verməyə gələnlərə, Qasım Cavadovun onun başına gətirdikləri barədə daha ətraflı danışmağa çalışır: “Məni onunla yaxın bir dostum tanış edib. Daha doğrusu, onunla, bir mühasib kimi, üç aydan bir — kvartal, eləcə də illik maliyyə hesabatlarımı aidiyyatı dövlət qurumlarına hazırlayıb, verməsi üçün əlaqə qurmuşam. Bu hadisədən sonra, indiyədək həmin yaxınım da, cox təəssüflənir ki, belə birisini mənimlə tanış edib. Qeyd edim ki, Qasım Cavadov onun da, kvartal və illik hesabatlarını hazırlayan mühasibi olub.

Məhz bu işlərinə görə, biz, ona inanmışıq.WhatsApp Image 2022 02 10 at 14.06.19
Bir gün, həmin yaxınım da bizim ofisdə olarkən, həyata keçirdiyim bir biznes işimlə bağlı, onunla aramızda söhbətimiz oldu. Bildirdim ki, əlimdə olan yüksək gərginlikli transformatorların 80 min manatlıq detallarını, ölkənin elektroenergetika sisteminin fəaliyyətini təmin etməklə, elektrik enerjisinin istehsalı və ötürülməsi işlərini həyata keçirən “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin nəzdindəki “Enerji Construction” MMC-yə satmışam. Həmin şirkət bu pulu bu günlərdə hesabıma köçürməlidir. O, söhbətimizin bu yerində bildirdi ki, iri məbləğli belə pul vəsaitlərinin adıma olan şirkət hesabına köçürülməsi daha yaxşı olar. Bu söhbətimizə, onda ofisdə hesabat hazırlayan Qasım Cavadov da qarışdı. Bildirdi ki, onun belə bir şirkəti var. İstəsək, şirkətini bizim adımıza da keçirə bilər, lakin bu proses xeyli vaxt aparacaq. Aramızdakı bu söhbət o həddə çatdı ki, sonda, elə, şirkətinin onun öz adında qalmasını və həmin 80 min manatın da, bu şirkətin hesabına köçürülməsini qərara aldıq. Belə bir razılığa da gəldik ki, bu məbləğin 18 faizi dövlət vergisinə ödənilsin, 60 min manatı mənə, yerdə qalan məbləğ isə, Qasım Cavadova çatsın.

Bu pul vəsaiti bir neçə gündən sonra, elə, bu şirkətin hesabına köçürüldü. Narahat günlərimiz də, elə, bundan sonra başladı. Onda, bir müddət aradan çıxan Qasım Cavadovu tapmağımız mümkün olmurdu. Məcburiyyətdən, bir gün evinə getməyə qərar verdik. Qonşularından evinin yerini soruşduq. Bildirdilər ki, o, çoxlarından qaçdığı üçün, evinə çox gec-gec gəlir. Elə, doğma və yaxınları da, qonşuların dediklərini təsdiqlədilər. Təəssüflə onu da bildirdilər ki, Qasımın belə işləri, onların belə “canlarını boğazlarına yığıb”…

…Məcburiyyətdən, polis vasitəsi ilə, onu bir neçə dəfə tapa bildik. Di gəl ki, indiyədək, bu pulu ondan ala bilmirik. Hər dəfə də, bir bəhanə ilə aradan çıxmağa nail olur. Belə bir bəhanə də ortaya atıb ki, guya, bu şirkət onun adına olsa da, əslində, onun sahibi ədliyyə nazirinin qardaşı oğlu Seymur Məmmədovdur. Guya, 80 min manat hesaba vurulan zaman, bu şirkətin adında çox sayda borca dair qəbz və qaimələr olub. Pul da, avtomatik olaraq, həmin borclara silinib. Qasımın dediklərinə baxmayaraq, biz, şirkətin hesabını da tam yoxlatdırmışıq. Lakin onun bu dedikləri də yalan çıxıb. Hesabı tər-təmizdir, borca dair heç bir ləkəsi belə yoxdur.Başınızı nə ağrıdım, çox sonradan bilmişik ki, Qasım Cavadov tayı-bərabəri olmayan bir dələduzdur və ayrı-ayrı şəxslərə külli miqdarda pul atdığına görə, buradan qovulub. 
Yeri gəlmişkən, onu da deyim ki, məcburiyyətdən bu işlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdim. Amma istəmirdim ki, ortada, üzü polisə, ya məhkəməyə olacaq qanqaraldıcı belə bir iş olsun. Lakin mən məcburiyyətdən buna getdim. Həm də ona görə ki, tez-tez mənə xəbər çatır ki, Qasım bir mənim deyil, borclu olduğu digər pul sahiblərinin tələblərini də dinləmək istəmir, hətta hamını ədliyyə nazirinin və onun qardaşı oğlunun adlarıyla təhdid etməkdən belə çəkinmir.

Özünuz deyin, tanış adamın bu məbləğdə pulunu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirən, hər dəfə də: “Polis kimdir Seymurun yanında?!” — deyən bir şəxsi bağışlamaq olarmı?!”.

İş adamı Şahin Dadaşovun başına gələnlərlə bağlı, son ümid yeri olaraq, mətbuata, eləcə də bizim redaksiyamıza üz tutmasını nəzərə alıb, bu mövzu ətrafında araşdırmalar aparmağa qərar verdik. Araşdırmalarımız nəticəsində və etibarlı mənbələrdən aldığımız məlumatlardan o da məlum oldu ki, doğrudan da:

— Kriminal xronologiyası uzun olan bu cinayət hadisəsində əsas günahkarın Seymir Məmmədov olduğu danılmazdır. Çünki onun öz ətrafında bu yöndən olan hadisələr törətməkdə aktiv olan kriminal dəstə saxladığı da reallıqdır. Nazir əmisinin adına güvənərək, onların adlarına Ədliyyə Nazirliyində “GOOD AIR ENGINEERING CO LTD” kimi şirkətlər açdırıb, Şahin Dadaşov kimi pul sahiblərinin qarıxdıqları dar məqamlarda meydana çıxır, şirin dilə basıb, onların pullarını adlarına olan belə şirkətlərin hesabına köçürtməyə nail olur və bu iyrənc üsulla çoxlarının halal pullarını mənimsəyirlər. Buna hay-küylü etirazlar edən pul sahiblərini isə, bu kriminal qrupda birləşənlər Seymur Məmmədovun və onun nazir əmisinin adıyla hədələməkdən belə çəkinmirlər;


— Atası ədliyyə naziri Fikrət Məmmədovun qadaşı, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri Cahangir Əsgərovun tibb xidməti üzrə müavini olan Seymur Məmmədov, vaxtilə, bu QSC nəzdindəki “Şulkovo Bank”ın rəhbəri də olub. Cahangir Əsgərov ədliyyə nazirinə daha da yaxınlaşmaq üçün, onun qardaşı olan öz müavininin oğlunu, hətta özünə yeznə etmək istəyində də olub və olduqca böyük məsuliyyət tələb edən bu vəzifəni ona bu səbəbdən etibar edib. Konkret desək, bu vəzifəsi başında olarkən, Seymur Məmmədov, ayrı-ayrı pul sahibi bir çox iş adamları və vətəndaşlar bir yana, hətta bu bankın belə adına olan külli miqdarda pulunu da, saxtakarlıq və dələduzluq yolu ilə ələ keçirməkdən, burada da Qasım Cavadov kimi “şirkət rəhbəri” dələduzlar yetişdirməkdən, onlardan öz mənafeyi naminə istifadə etməkdən çəkinməyib. Bunun nəticəsi də göz qabağında olub və əsl günahkarın ölkədən çıxması ilə, bu cinayət əməli də ört-basdır edilib;

— Bütün bunlar azmış kimi, bu kriminal qrupda birləşənlər, hətta həbsdə olan dustaqları vaxtından əvvəl azadlığa çıxaracaqları vədiylə, onların doğma-yaxınlarını da aldadaraq, külli miqdarda pullarını ələ keçirməkdən belə çəkinmirlər. Çünki hüquq-mühafizə orqanlarında onların xətrinə dəyən kimsə tapılmır. Qanun müdafiəçiləri belə, nazirin qardaşı oğlu ilə rəqabətdən qaçırlar.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən axtarılan kriminal xarakterli Qasım Cavadovun xoşagəlməz və bağışlanmaz əməlləri barədə, ortada sübuta ehtiyacı olmayan çox sayda faktlar mövcuddur. Nə olsun, onlardan yalnız biri barədə edilən şikayətə görə, indiyədək, ciddi ölçü götürülməyib. Daha doğrusu, iş adamı Şahin Dadaşovun şikayət ərizəsi xeyli müddətdir ki, hüquqi müstəvidə qiymətini almayıb. Yəni, bu şikayət ərizəsi əsasında başlanan iş yenicə təhqiqata göndərilib. Belə çıxır ki, məhz buna görə, Qasım Cavadov qaçıb gizlənir.
Bu da maraqlıdır ki, yaxını olan bir nəfər bizə Qasım Cavadovun bir qəpik pulunun olmadığını da israrla dedi: “Hamı bilir ki, onun pulu yoxdur. Seymur Məmmədovun hesablarına pul köçürür deyə, onun özü də, dərhal, bu pulları mənimsəməkdən çəkinmir;

– Bakıdakı 14-cü Polis Bölməsinin təhqiqatçısı, Şahin Dadaşovun şikayəti əsasında, elə, şikayətçinin özünün yanında zəng vuraraq, Qasım Cavadovu izahat verməyə çağırıb. Ona telefonda: “Gəl bura, sənin barəndə şikayət var!” — deyəndən az sonra, Seymur Məmmədovun vəkili zəng vuraraq, təhqiqatçıya belə deyib: “Mən Seymur müəllimin şəxsi vəkiliyəm. O, bu işin, ümumiyyətlə, bu məsələnin polisdə birdəfəlik bağlanmasını istəyir. Bu işi şişirtməyin, sonu, sizin üçün də yaxşı olmaz!”. Təhqiqatçı isə, onda belə cavab verib: “Oldu, gəlsin, kömək edərəm!”.

“Oldu, gəlsin, kömək edərəm!”.
Bu telefon zəngindən sonra, təhqiqatçı şikayətçiyə isə belə deyib ki, onun üçün, belə zənglər, telefonda deyilən sözlər boş şeydir. Gələn kimi, cinayət törətmiş Qasım Cavadovu tutub, içəri qoyacaq. Lakin onu, o vaxtdan indiyədək, təsəlli üçün, heç olmasa, bu polis bölməsinə bircə dəfə də olsa gətirən yoxdur. Guya, indiyə kimi qaçaraq, didərgin düşüb…

…Bu yazımızın bu yerində onu da bildirmək istəyirik ki, ötən dəfə olduğu kimi, bu dəfə də, öz jurnalist araşdırmalarımız nəticəsində üzə çıxardığımız və bəzilərinə bu yazımızda yer verdiyimiz ciddi faktlarla, ölkənin aidiyyatı dövlət qurumlarının və hüquq-mühafizə orqanlarının diqqətini, yuxarıda qeyd etdiyimiz təəssüf və ikrah hissləri doğuran bu ciddi məsələyə cəlb etmək üçün çalışdıq. Yəqin ki, onlar tərəfindən bizim bu istəyimizə, tezliklə, ciddi reaksiya olacaq və zəhmətimiz hədər getməyəcək. Buna zərrə qədər şübhəmiz də yoxdur.
Elə, bu yazımızın sonunda da, xüsusi olaraq bir daha onu vurğulamaq istəyirik ki, barələrində yazdıqlarımızla ciddi ittiham etdiyimiz vəzifə sahiblərinin qanunsuz əməlləri barədə, artıq, hər şey bizə gün kimi aydın olduğundan, bu mövzunu daim diqqətdə saxlayıb, ayrı-ayrı yazılarla çıxış etməyə qərar vermişik. Bizi izləyin!

//thaudray.com/4/5013541