İraq və Suriyadan Vətənə qaytarılan uşaqların Bakı Zooloji Parkına ekskursiyası təşkil edilib

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi İraq və Suriyadan ölkəmizə qaytarılan uşaqların Bakı Zooloji Parkına ziyarətini təşkil edib.

Agentlikdən Metbuat.az-a verilən məluamta görə, repatriasiya edilmiş şəxslərin ölkə ərazisində sosial re-inteqrasiyası və sosial-reabilitasiyası tədbirləri çərçivəsində təşkil edilən üç fərqli ekskursiyaya ümumilikdə 20 ailədən 60-a yaxın uşaq cəlb edilib.

Repatriasiya edilmiş uşaqların ictimai inklüziyası, cəmiyyətə inteqrasiya edilməsi, eləcə də asudə vaxtlarının səmərəli təşkili məqsədi daşıyan və Bakı Zooloji Parkı ilə əməkdaşlıq çərçivəsində təşkil olunan ziyarət zamanı azyaşlılar Zooloji Parkda məskunlaşan fərqli cins, rəng, xüsusiyyət və şəkillərə malik olan heyvanları izləmək, onlar haqqında dolğun məlumat almaq imkanı qazanıblar.

Agentliyin mütəxəssislərinin müşayiəti ilə təşkil edilən səfər uşaqlarda münasibət qurmaq, analiz etmə, problem həll etmə kimi psixoloji və emosional bacarıqların inkişafına hesablanıb.

Sosial Xidmətlər Agentliyi hazırda uşaqların və onların yaşadıqları ailələrdə olan şəxslərin psixo-sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə səyyar psixoloji yardım və digər müvafiq sosial dəstək tədbirlərini həyata keçirir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu